NATO konvoyuna hücum edilib ölənlər var

NATO konvoyuna hücum edilib ölənlər var

Kabulda NATO konvoyuna hücum edilib. Məlumata əsasən, partlayıcı yüklənmiş nəqliyyat vasitəsi NATO konvoyundakı avtomobillərə çırpılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticədə 4 nəfər həlak olub.

Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nasrat Rahimi "Anadolu" agentliyinə bildirib ki, hadisə Yek Tut rayonu ərazisində baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində üç yerli sakin yaralanıb. NATO qoşunları arasında zərərçəkənlər və ya yaralananlar yoxdur.

"Taliban" hərəkatı hücuma görə məsuliyyəti üzərinə götürüb. "Taliban" hadisədə 10 NATO əsgərinin öldürüldüyünü açıqlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə