Bodrumda 4,2 bal gücündə zəlzələ olub

Bodrumda 4,2 bal gücündə zəlzələ olub

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib. SİA Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) rəsmi saytına istinadla xəbər verir ki, yeraltı təkan mayın 31-da yerli vaxtla saat 00.43-də qeydə alınıb. Zəlzələnin episentri Bodum yaxınlığındakı Gökova körfəzində olub.

Qeyd edək ki, bundan əvvəl mayın 28-də bölgədə 4.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanları davamlı olması əhalidə ciddi narahatlıq yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə