Latviyanın yeni seçilmiş prezidenti Eqil Levits ilk mətbuat konfransını keçirib.
SİA-nın məlumatına görə, yeni seçilmiş Prezident əvvəlcə bütün müsahibələrə və suallara açıq olduğunu, lakin cavabları ancaq rəsmi dövlət dilində verəcəyini bildirib. Daha sonra o, jurnalistlərin suallarını yalnız latış dilində cavablandırıb. Eqil Levits deyib ki, o, Latviyada yaşayan, dinindən və dilindən asılı olmayaraq bütün xalqların və milli azlıqların rəhbəri olacaq, onların hüquqlarının qorunması üçün əlindən gələni əsirgəməyəcək.
Yeni komandasını toplamağa başlayan Latviya prezidentinin mətbuat katibi keçmiş prezident Vayra Vike Freyberqanın yanında eyni vəzifəni daşımış Ayva Rozenberq olacaq.
Hansı yeni qərarları verəcəyi barədə sualı cavablandıran prezident, bu barədə açıqlamalarını rəsmi andiçmədən sonra verəcəyini vurğulayıb.
Qeyd edək ki, Latviyanın yeni prezidentinin inaqurasya mərasimi iyulun 8-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB