Sankt-Peterburq şəhərinin qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov şəhər başçısı seçkilərində öz namizədliyini müstəqil formada irəli sürəcək.
SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Beqlov bu barədə deyib: “Mən qərara gəlmişəm ki, seçkilərə hansısa partiyanın üzvü kimi deyil, müstəqil formada qatılım. Bİz bu gün dəqiq bilirik ki, Peterburqun ağrılı nöqtələrini ləğv etmək üçün nə etmək lazımdır. Bunun üçün biz şəhəri açıq, komfort, rahat və sosial etmək üçün strategiya hazırlamışıq. Sankt-Peterburq mənim üçün çox şey edib. Mən bu şəhərdə böyümüşəm, məni bu səviyyəyə bu şəhər çatdırıb və indi mən şəhərə olan borcumu ödəməliyəm. Çünki mən bu şəhəri çox sevirəm”.
Qeyd edək ki, Beqlov mayın 25-də Kurort şəhərinin əhalisi ilə görüşündə qubernatorluğa namizədliyini vermək qərarına gəldiyini bildirib.
Ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonu vəzifəsindən azad edərək “Birləşmiş Gəmiqayırma Korporasiyası”nın direktorlar şurasının sədri təyin edilib. Onun əvəzinə qubernator səlahiyyətlərinin icrası Aleksandr Beqlova həvalə olunub.
Maraq üçün bildirək ki, Beqlov 1956-cı ildə Bakıda anadan olub. O, Azərbaycana qarşı daim isti mövqeyi ilə seçilir və Bakı-Sankt-Peterburq əlaqələrinin inkişafına böyük önəm verir.
Qeyd edək ki, Sankt-Peterburq qubernatorunun müəyyən edilməsi ilə bağlı seçkilər 8 sentyabr 2019-cu il tarixinə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB