Rusiya prezidenti Vladimir Putin SSRİ-ABŞ arasında imzalanmış Orta və yaxınmənzilli raketlərin istehsalının azaldılması haqqında razılaşmanın ləğvini (INF) ehtiva edən qanun layihəsini Rusiya Dövlət Dumasına təqdim edib. Xəbər verilir ki, Dumanın sədri Vyaçeslav Volodin bu barədə informasiya verib.
Sədr bildirib ki, Duma bir saat içində qanun layihəsini müzakirəyə çıxaracaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl ölkəsini INF-dən çıxardığını açıqlamış və Çin ilə silahların məhdudlaşdırılması məsələsində yeni anlaşma əldə ediləcəyi ehtimalı olduğunu bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB