Ölkə hər gün 310 milyon dollar zərər görür

Ölkə hər gün 310 milyon dollar zərər görür

Misirdə 11 gündür ki, davam edən qiyam ölkəyə 3 milyard dollardan çox ziyan vurub. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, investisiya bankı "Credit Agricole" davam edən siyasi böhranın Misirə hər gün 310 milyon dollara başa gəldiyini açıqlayıb.

 

Bankın açıqladığı hesabatda qeyd edilib ki, 2011-ci il üçün proqnozlaşdırılan 5,3 faizlik inkişaf tempi 3,7 faizə qədər geriləyib. Banklar və birjalar keçən həftə tamamilə bağlı olub, on minlərlə turist isə ölkələrinə geri dönüb.

Bütün xəbərlər Facebook səhifəmizdə