Macarıstanda turistləri daşıyan kater aşıb 7 nəfər ölüb

Macarıstanda turistləri daşıyan kater aşıb 7 nəfər ölüb

Macarıstanın Budapeşt şəhərində Dunay çayı ilə hərəkət edən turist kateri aşıb. Bu barədə "Daily News Hungary" məlumat verir. SİA-nın verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 12 nəfər itkin düşmüş sayılır.

Ümumilikdə katerdə 34 nəfər olub, onlardan 18-ni xilas etmək mümkün olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə