İraqda iki Türkiyə əsgəri şəhid olub

İraqda iki Türkiyə əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi “Pençe” antiterror əməliyyatı çərçivəsində İraqın şimalında iki hərbçi şəhid olub. Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, nazir Hulusi Akar mayın 29-da şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib.

Nazir Hulusi Akar və ordu komandanlarının birbaşa nəzarəti altında keçirilən “Pençe” əməliyyatı zamanı məhv edilən terrorçuların sayı 15 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə