Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən tətil zamanı polislə toqquşmalar qeydə alınıb. Belə ki, polis etirazçılara qarşı rezin güllədən istifadə edib. Hadisələr zamanı bir qadın ayağından yaralanıb. Qeyd edək ki, Argentinanın bir sıra şəhərlərində hökumətin iqtisadi siyasətinə qarşı həmkarlar təşkilatlarının tətili keçirilir.
Gün ərzində paytaxtda metro, avtobus və qatar reysləri işləməyəcək. Bundan başqa, aviareyslər də dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB