Türkiyə hökuməti Avropa İttifaqının hesabatında yer alan əsasız və haqsız məqamları rədd edir. Türkiyə Xarici İşlər nazirinin müavini Faruk Kaymakcı məsələni şərh edərək bildirib ki, hesabatda Türkiyənin guya Avropa İttifaqından uzaqlaşdığı barədə yersiz ifadələr əks olunub. Türkiyənin bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini deyən nazir müavini, həmçinin bildirib ki, hesabatda FETÖ terror təşkilatının adının “Gülən hərəkatı” kimi təqdim olunması da qəbuledilməzdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB