Türkiyədə zəlzələ

Türkiyənin Muğla vilayətinin Bodrum rayonu yaxınlığında Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib. SİA-nın Türkiyənin mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) rəsmi saytında qeyd olunur ki, yeraltı təkan yerli vaxtla saat 8.27-də qeydə alınıb. Zəlzələnin episentri Bodrum sahilindən 350 metr aralıda, 7,8 kilometr dərinlikdə olub.

Hazırda dağıntı və tələfat barədə rəsmi məlumat açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə