Məhəmməd Cavad Zərif: “İran nüvə silahı əldə etməyə cəhd etmir”

Məhəmməd Cavad Zərif: “İran nüvə silahı əldə etməyə cəhd etmir”

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Tehran nüvə silahı əldə etməyə çalışmır.

SİA-nın məlumatına görə, Cavad Zərif özünün “Twitter” səhifəsində bu barədə yazıb: “İranın Ali dini lideri Ayətullah Əli Xameneyi çoxdan deyib ki, nüvə silahı əldə etməkdə maraqlı deyilik və o, bu barədə sərəncam verib”.

İran XİN-nin başçısı həmçinin bildirib ki, ABŞ-ın “iqtisadi terroru” İran xalqına ziyan vurur və regionda gərginlik yaradır.

Qeyd edək ki, 2015-ci il iyulun 14-də İran və 6 dövlət (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) arasında İrandakı nüvə probleminin nizamlanması ilə bağlı tarixi razılaşma imzalanmışdı. Razılaşmaya görə, İran öhdəliyi yerinə yetirdiyinə görə ona qarşı BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan iqtisadi və maliyyə sanksiyaları götürülməli idi.

Təxminən bir il əvvəl ABŞ nüvə proqramı ilə bağlı razılaşmadan imtina etdiyini və İrana qarşı bütün sanksiyaların bərpa olunduğunu bəyan edib. Hətta ABŞ İranla biznes əlaqələri quran dövlətlərə qarşı da sanksiya tətbiq etdiyini bəyan edib. Vaşinqton bütün dünya dövlətlərini İran neftindən imtina etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə