Peru hökuməti dünən mayın 26-da baş vermiş zəlzələnin dağıntıları barədə məlumatları dəqiqləşdirib.
SİA-nın Perunun Fövqəladə hallar üzrə Milli Mərkəzinin Twitter səhifəsinə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Zəlzələ ocağına yaxın ərazilərdə 337 bina yaşayış üçün yararsız vəziyyətə düşüb. Bundan əlavə, 291 digər binaya da ziyan dəyib. 63 təhsil müəssisəsinə, 27 səhiyyə ocağına ciddi ziyan dəyib.
Qeyd edək ki, dünən Perunun şimalında baş verən 8 bal gücündə zəlzələ bir sıra dağıntılar törədib. Səhər saatlarında baş verən zəlzələnin episentri San-Martin regionundakı Lagunas şəhərindən 83 kilometr cənub-şərqdə, ocağı isə 105 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ölkə şəhərlərinin əksəriyyətində hiss olunub. San-Martin və Loreto regionlarında çoxlu bina zədələnib. Xəstəxanalardan birinin pasiyentləri təxliyə edilib. Bəzi şəhərlərdə elektrik təchizatı pozulub.
Zəlzələ Braziliya, Kolumbiya və Ekvadorda da hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB