Gürcüstanda mədənçilərin tətili dayandırılıb

Gürcüstanda mədənçilərin tətili dayandırılıb

Gürcüstanın Çiatura şəhərində mədənçilərin tətili dayandırılıb. “Report”un yerli bürosu xəbər verir ki, mədənçilər və “Gürcüstan manqanı” şirkəti arasında aparılan danışıqlar müsbət nəticələnib. Razılığa əsasən, il ərzində mədənçilərin əməkhaqları 35% artırılacaq. Çiaturada olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Tirnava bildirib ki, mədənçilər bu gündən etibarən işə çıxacaqlar.

Qeyd edək ki, 11-ci gündür tətil edən mədənçilər əməkhaqlarının 50 faiz artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə