İraq məhkəməsi Fransa vətəndaşı barəsində edam hökmü çıxarıb

İraq məhkəməsi Fransa vətəndaşı barəsində edam hökmü çıxarıb

İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransa vətəndaşı barəsində edam hökmü çıxarıb.Türkiyənin “Hurriyet” qəzetinin məlumatında deyilir ki, bu barədə iraqlı hüquqçu Tariq Harb bildirib. Onun sözlərinə görə, məhkəmə bu qərarı terrora qarşı mübarizə qanununa əsasən qəbul edib: “Bir ay ərzində qərardan şikayət edilə bilər”.

Barəsində edam hökmü çıxarılan da daxil olmaqla 4 ay əvvəl Fransanın 3 vətəndaşı Suriyadan İraqa təhvil verilib. Onlar barədə də edam hökmü çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə