Misir dövlət televiziyası prezident Hüsnü Mübarəkin oğlu Camal Mübarəkin prezident seçkisinə qatılmayacağını xəbər verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı açıqlamanın prezident köməkçisi Ömər Süleymanın verdiyi bildirilib.
Ömər Süleyman həmçinin, qarşıdurmalarda zorakılığa yol verənlərin cəzalandırılacağını, günahsız olduğu halda həbs olunanların azad ediləcəyi vədini verib. Dövlət başçısı H.Mübarək bir neçə gün əvvəl televiziya ilə çıxışında sentyabrdakı prezident seçkisinə qatılmayacağını bildirsə də, əleyhdarları Mübarəkin "dərhal istefasını" tələb edirlər. İddialara görə, Mübarək 46 yaşlı oğlu Camalı prezident postuna hazırlayır.
Misir Baş Prokurorluğu bəzi keçmiş nazirlərə ölkədən çıxmamaq qadağasını qoyub. Xəbərdə baş prokurorun keçmiş nazirlərin bank hesablarını da dondurduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB