Ukrayna prezidenti Vladimir Zelenski özünə yeni ofis axtarır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Yuriy Kostyuk bildirib. Onun sözlərinə görə, Zelenskinin komandası Bankovskaya küçəsindən Kiyevin mərkəzinə köçmək niyyətindədir.
Hazırda dövlət başçısı üçün yeni ofis axtarışına başlanılıb: “Biz köçmək istəyirik. Bunu ona görə edirik ki, tez və az büdcəli varinat tapaq".
Y.Kostyuk qeyd edib ki, dövlət başçısının yerləşdiyi hazırki binada işləmək çox çətindir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB