Çexiyada dəmiryol qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Vodnyani şəhərindəki dəmiryol stansiyasından bir qədər aralıda yük qatarı ilə sərnişin qatarı toqquşub. Nəticədə, 1 nəfər ölüb, təxminən, 20 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hazırda hadisə yerində müvafiq işlər görülür. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB