ABŞ-da hava şəraiti yenidən kəskinləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, güclü qar çovğunu və şaxtalı hava ölkənin bir sıra ştatlarında avtomobil yollarının buz bağlamasına, elektrik və rabitə xətlərinin sıradan çıxmasına, ağacların kökündən çıxaraq aşmasına səbəb olub. Təhlükəsizlik tədbirləri çərçivəsində bir sıra tədris ocaqlarının və dövlət müəssisələrinin iş fəaliyyəti dayandırılıb.
Ümumilikdə, son iki gün ərzində Dallas, Çikaqo, Nyu-York, Nyu-Cersi ştatlarında azı 5700 aviareys təxirə salınıb. Mütəxəssislər ölkənin azı 25 ştatında qar çovğunu və güclü yağışlar Luiziana və Missisipi ştatlarında isə tornado və ildırım təhlükəsinin gözlənildiyini bildirir. Yaranmış vəziyyətlə əlaqədar Oklahoma, İndiana və İllinoys ştatlarında fövqəladə vəziyyət elan edilib.
Çikaqo ştatında hava şəraitinin insan həyatı üçün təhlükəli olduğundan əhaliyə mümkün qədər az səyahət etmək tövsiyə olunub. Mövcud vəziyyətlə əlaqədar ölkə ərazisində müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB