Rusiyanın İstanbuldakı Baş konsulluğu şəhər valisinə müraciət edib

Rusiyanın İstanbuldakı Baş konsulluğu şəhər valisinə müraciət edib

Rusiyanın İstanbuldakı Baş konsulluğu şəhər valisinin administrasiyasına müraciət edərək həbs edilmiş “Streamline” gəmisindəki dənizçilərin hüquqlarının qorunmasına kömək etməyə çağırıb.

SİA-nın verdiyi xəbərə görə, bu barədə Rusiyanın diplomatik korpusunun mətbuat attaşesi Lyudmila Sadıkova məlumat verib.

Rostovdan təmir üçün İstanbula yola düşən “Streamline” gəmisi 2018-ci ilin iyununda əvvəlki sahibinin borcuna görə saxlanılıb. Gəminin indiki sahibinin – “Akca Shipping”in vəkilləri gəmi üzərindən həbsin götürlməsini və onun təmirə buraxılmasını istəyirlər.

Qeyd edək ki, yük gəmisinin rusiyalı ekipajı gəmi sahibindən əmək haqqı tələb edir. Dənizçilər buna görə iki dəfə aclıq edərək Bosfor boğazını bağlamaqla təhdid ediblər. Aprelin əvvəlində Rusiyaya qayıtmış gəmi kapitanı Rəhman Bağırov daha əvvəl bildirmişdi ki, hazırda gəmi sahibinin dənizçilərə 140 min dollar borcu var.

Gəmi üzərindən həbsin götrülməsi üçün köhnə sahibinin tapılması ilə əlaqədar ilk məhkəmə prosesi fevralın 26-sında keçirilmiş, daha sonra aprelin 2-nə təxirə salınmışdı. Gəminin alqı-satqısı ilə əlaqədar sənədlərdə çatışmazlıq səbəbindən növbəti məhkəmə prosesi iyunun 11-nə təyin edilib.

Həmçinin, daha əvvəl bildirilmişdi ki, gəmi borca görə yenidən satışa çıxarıla bilər.

Bundan başqa, “Streamline” gəmisinin zabiti Aleksey Filonovun verdiyi xəbərə görə, gəmi kapitanı rusiyalı dənizçilərə gəmini tərk etməyə icazə vermir. Bununla bərabər, dənizçilərdən ikisi səhhətlərindəki problemlə əlaqədar tələb olunan təcili tibbi yardımı belə ala bilmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə