Şeremetyevo”da qəzaya uğramış təyyarənin qara qutusunun kodlaşdırılması başa çatıb

Şeremetyevo”da qəzaya uğramış təyyarənin qara qutusunun kodlaşdırılması başa çatıb

Beynəlxalq Aviasiya Komitəsi (BAK) Moskvanın “Şeremetyevo” hava limanında qəzaya uğramış SSJ100 təyyarəsinin qara qutusunun kodlaşdırmasını başa çatdırıb.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, qara qutu yazılarının bir neçə sahə üzrə kodlaşdırılması BAK-nin elmi-texniki mərkəzində həyata keçirilib.

Qeyd edək ki, Moskvadan Murmanska uçan “Aeroflot” şirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsi 28 dəqiqə sonra əlverişsiz hava səbəbindən məcburi eniş edib. Ekipaj yalnız ikinci cəhddən sonra təyyarəni endirməyə nail olub. Enmə zamanı təyyarənin əsas dirəkləri qırılıb və mühərriklərində yanğın baş verib. Faciə nəticəsində 2-si azyaşlı olmaqla 41 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə