Ramazan ayı Qəzza sektorundakı etirazlara sakitlik gətirib

Ramazan ayı Qəzza sektorundakı etirazlara sakitlik gətirib

Fələstinlilər artıq ənənə halına çevirdikləri Qəzza sektorunun İsraillə sərhədindəki cümə günü etirazlarını bu gün təxirə salıblar.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, buna səbəb müqəddəs Ramazan ayının vacib elementlərindən olan “oruc”un tutulmasıdır.

Qeyd edək ki, fələstinlilər hər cümə günü “Qayıdışın böyük marşı” adlı yürüş keçirirlər. Bu yürüşlər son həftələrdə İsrail əsgərləri ilə ciddi toqquşmalara gətirib çıxarır. Hətta ötən həftə İsrail tərəfi bombardmançı təyyarələrdən də istifadə edib və bu, bir neçə Fələstin sakininin həlak olması ilə nəticələnib.

Sonradan Misirin vasitəçiliyi ilə tərəflər arasında atəşkəs elan olunması və Qəzza sektorunda sosial-iqtisadi vəziyyətin sağlamlaşdırılması ilə bağlı razılıq əldə olunub.

Həmçinin qeyd edək ki, hazırda İsrail “Avroviziya” mahnı yarışmasının yarımfinal və final mərhələləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə