Zelenskinin inaqurasiya mərasiminə 5 dövlətin başçısı qatılacaq.
SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Yekaterina Zelenko deyib.
Mətbuat katibi “112.Ukrayna” telekanalının efirində bildirib ki, Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentlərinin andiçmə mərasiminə gəlməsi gözlənilir.
Zelenkonun sözlərinə görə, həmçinin, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və NATO baş katibinin köməkçisi də tədbirə qatılacaqlarını təsdiqləyiblər. Bundan başqa, inaqurasiyaya rəsmi Kiyevin müttəfiqləri - Avropa İttifaqına və G7 təşkilatına üzv dövlətlərin hökumət və parlament üzvləri gələcəklər.
Zelenko səfərlər zamanı bəzi ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlərin keçiriləcəyini istisna etməyib və bildirib ki, həmin görüşlərin qrafiki dəqiqləşdirilir.
Ukrayna XİN mərasimə onlarla səfirin qatılacağını gözləyir.
Mətbuat katibi bildirib ki, Kiyev tərəfi Rusiya tərəfinə inaqurasiyada iştirak etmək üçün dəvət göndərməyib.
Qeyd edək ki, Ukraynanın yeni prezidenti Zelenskinin inaqurasiyası 20 may tarixinə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB