Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienko başda olmaqla Parlamentin Yuxarı Palatasının üzvləri Türkiyədə rəsmi səfərdədirlər. Bu barədə SİA Rusiyanın RİA "Novosti" agentliyinə istinadən xəbər verir. Rusiya Federasiya Şurasının rəhbəri səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli danışıqlar aparacaq.
"Ərdoğan ilə görüş bu gün İstanbulda keçiriləcək", məlumatda qeyd olunur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB