Tramp İranla müharibəyə girmək fikrində deyil

Tramp İranla müharibəyə girmək fikrində deyil

ABŞ prezidenti Donald Tramp İranla müharibəyə girmək niyyətində olmadığını bildirib. SİA BBC-ə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti ötən gün Ağ Evdə ölkənin müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahanla görüşdə deyib.

Ağ Evdəki mənbələrdən New-York Times-ə bildiriblər ki, Donald Tramp bu görüşdə İranla müharibəyə girmək fikrində olmadığını açıqlayıb.

Həmçinin ABŞ prezidenti ötən gün jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandıraraq, İranla müharibənin olmayacağına ümidvar olduğunu dilə gətirib.

Qeyd edək ki, bir neçə gün öncə Ayətullah Xamenei də ölkə rəsmiləri ilə görüşü zamanı ABŞ-la müharibənin olmayacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə