İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda öldürülən jurnalist Camal Kaşıkçının nişanlısı Xədicə Cengiz ABŞ Konqresinə müraciət edərək jurnalistin qətli ilə bağlı yeni beynəlxalq araşdırmanın başlamasını istəyib. SİA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çıxış edən Cengiz Kaşıkçı sui-qəsdi ilə əlaqədar ABŞ prezidenti Donald Tramp rəhbərliyinin mövqeyini tənqid edib.
"Tramp mənə dedi ki, problem həll olunacaq, amma yeddi-səkkiz aydan sonra heç bir şeyin həll edilmədiyini görürəm və bu səbəbdən bu gün buradayam", - Cengiz deyib.
O həmçinin qeyd edib ki, Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi, bu cinayətin günahkarlarının ədalətə təslim edilməsi üçün kifayət qədər səy göstərməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB