Nur-Sultan – Moskva reysi ilə uçan Qazaxıstanın “Air Astana” aviakompaniyasına məxsus təyyarə Moskvanın “Şeremetyevo” hava limanına qəza enişi edib.
SİA-nın Rusiya xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, buna səbəb hava layneri yerə yaxınlaşan zaman texniki nasazlığı bildirən işıq siqnalının işə düşməsi olub.
Təyyarə aeroporta enməmişdən əvvəl hava limanında bütün operativ xidmətlər mobilizə olunub.
Hadisə zamanı zərərçəkən olmayıb.
Qeyd edək ki, Moskvadan Murmanska uçan “Aeroflot” şirkətinə məxsus “Sukhoi Superjet 100” təyyarəsi 28 dəqiqə sonra əlverişsiz hava səbəbindən məcburi eniş edib. Ekipaj yalnız ikinci cəhddən sonra təyyarəni endirməyə nail olub. Enmə zamanı təyyarənin əsas dirəkləri qırılıb və mühərriklərində yanğın baş verib. Faciə nəticəsində 2-si azyaşlı olmaqla 41 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB