Meksikada daha bir reportyor qətlə yetirilib

Meksikada daha bir reportyor qətlə yetirilib

Meksikanın Kintana-Roo ştatının kurort şəhəri olan Playya-del-Karmen şəhrində Fransisko Romero Dias adlı reportyor qətlə yetirilib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, jurnalistin üzərində güllə izləri olan cəsədini şəhərin küçələrindən birində tapıblar.

Az əvvəl Romero Dias onun ünvanına təhdidlər barədə xəbər vermişdi.O, hətta xüsusi proqramla insan haqları üzrə fəallar və jurnalistlər tərəfindən müdafiə olunurdu. O, bir müddət əvvəl ştatı tərk etsə də yenidən geri qayıtmışdı.

İnsan haqları üzrə milli komissiyanın məlumatına görə, 2000-ci ildən başlayaraq Meksika ərazisində 140 jurnalist qətlə yetirilib, 21 kütləvi informasiya vasitəsi əməkdaşı isə itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə