"İran tezliklə danışıqlara başlamaq istəyəcək"

"Mən əminəm ki, İran tezliklə danışıqlara başlamaq istəyəcək." Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Feyk xəbərli “Vaşinqton Post”, daha çox feyk xəbərli “Nyu York Tayms” yazır ki, mənim güclü Yaxın Şərq siyasətimlə bağlı daxili mübarizə gedir. Daxili mübarizə yoxdur. Müxtəlif fikirlər səsləndirilir və mən yekun qərar verirəm. Bu, olduqca sadə prosesdir. Müxtəlif tərəflər, siyasi baxışlar öyrənilir”, - deyə Ağ Ev rəhbəri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə