Tramp Ağ Evdə iftar süfrəsi açdı

ABŞ Prezidenti Donald Tramp Ramazan ayı münasibətilə Ağ Evdə iftar süfrəsi təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iftara müsəlman dövlətlərin ABŞ-dakı diplomatik nümayəndəliklərinin üzvləri dəvət olunub.

"Bütün dünyadakı müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi vaxtda iftar yeməyinə Ağ Evdə ev sahibliyi etmək mənim üçün şərəfdir", - Tramp bildirib.

Qeyd edək ki, Ağ Evdə iftar ənənəsi təxminən 20 ildir mövcuddur. Bu ənənəni yalnız 2017-ci ildə iftar mərasimi təşkil etməyən Donald Tramp pozmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə