İranın ali dini lideri ayətulla Əli Xameneyi milli televiziyanın efirində ölkəsinin ABŞ-la münasibətlərin kəskinləşməsini şərh edib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, dini lider Tehranın Vaşinqtona qarşı müqaviməti davam etdirəcəyini, lakin müharibə olmayacağını bəyan edib.
Ayətulla Əli Xameneyi deyib: “Müharibə olmayacaq. İran xalqı ABŞ-a müqavimət yolunu seçdi və bu müqavimət amerikalıları geri çəkilməyə vadar edəcək.
Xamaneyi vurğulayıb ki, müqavimət hərbi xarakter daşımır, silahlı qarşıdurmanı tərəflərdən heç biri istəmir.
Bununla yanaşı, dini lider qeyd edib ki, ABŞ-la nüvə və raket proqramı ilə bağlı danışıqlar olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB