Putin ABŞ Xarici İşlər nazirini qəbul edib

Putin ABŞ Xarici İşlər nazirini qəbul edib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Xarici İşlər naziri Mayk Pompeo və Rusiya Xarici İşlər naziri Sergey Lavrovu qəbul edib.

Sia-nın “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı Putin deyib: “Bir neçə gün öncə ABŞ prezidenti Donald Trampla telefonla danışdım. Mən ABŞ prezidentinin Rusiya və ABŞ arasındakı münasibətlərin normallaşmasında və problemlərin ortaq məxrəcə gəlinməklə həllində maraqlı olduğunu gördüm. Münasibətlərin normallaşmasını biz də istəyirik”.

ABŞ Xarici İşlər naziri Pompeo isə 2020-ci ildə ölkəsində baş tutacaq seçkilərə Rusiyanın müdaxilə etməməsini istədiklərini bildirib. Putin isə ABŞ-da keçirilən seçkilərə Rusiyanın heç vaxt müdaxilə etmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə