İstanbulun Başakşehir rayonunda yaşayış kompleksinin istinad divarı çöküb. AZƏRTAC xəbər verir ki, hadisə zamanı yoldan keçən avtomobil dağıntılar altında qalıb. Bölgəni toz-duman bürüyüb.
İlkin məlumata görə, hadisə nəticəsində dağıntılar altında qalmış bir vətəndaş yaralı halda xilas edilib. Bölgəyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB