Rusiya Prezidenti Vladimir Putin ölkənin yeni enerji təhlükəsizliyi strategiyasını (doktrina) təsdiq edib. Belə ki, sənəd Rusiyanın enerji təhlükəsizliyinə dair dövlət siyasətində əsas ünsürləri əhatə edir. Strategiyada Rusiyanın beynəlxalq enerji təhlükəsizliyinə istiqamətlənən layihələrdə iştirakının xarici ölkələr tərəfindən məhdudlaşdırıldığı qeyd olunur.
Bəzi xarici ölkə və təşkilatların, xüsusilə neft və təbii qaz sektorunda Rusiyanın iştirak etdiyi layihələrə müxalif olduğu qeyd edilən sənəddə rus şirkətlərin qlobal enerji bazarında məruz qaldığı “ayrı-seçkiliyin” aradan qaldırılmasının vacibliyi vurğulanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB