Suriya hökumət qüvvələri 3 kəndi və aerodromu ələ keçirib

Suriya hökumət qüvvələri 3 kəndi və aerodromu ələ keçirib

Suriya ordusu çərşənbə axşamı üç kəndi və Xama əyalətinin şimal-qərbindəki aerodromu “Cəbhat ən-Nüsrə” təşkilatının döyüşçülərindən azad edib.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə briqada genarallarından biri məlumat verib.

Briqada generalının sözlərinə görə, Suriya hökumət qüvvələri əl-Hüveyz, əl-Muhacirin, əl-Həmra kəndləri və Xama əyalətindəki kənd təsərrüfatı aerodromunu əvvəllər “Cəbhat ən-Nüsrə” adlandırılan, indi isə “Həyat Təxrir əş-Şam” adlanan hərbi qruplaşmaya qarşı ağır döyüşlərdən sonra azad ediblər.

Qeyd edək ki, Suriya ordusu mayın 6-dan başlanan hərbi əməliyyiatlarda Xama əyalətinin şimalındakı bir neçə yaşayış məntəqəsini, o cümlədən mühüm strateji əhəmiyyətli Kələt əl-Müdik və Kəfr-Nəbuda kəndlərini ələ keçiriblər.

Müxalif qoşunlar isə ötən həftə Hələb və Dağlıq Latakiyada hökumət qüvvələrinin mövqelərini atəş altında saxlamaq sayını artırıblar. Onlar Suriya ordusunun mövqeləri üzərinə hücuma keçmək üçün cəhdlər edirlər. Hökumət qüvvələri və Suriya ordusunun Hərbi-Hava Qüvvələri İdlibdə yerləşən müxalifət birləşmələrinin mövqelərinə aviazərbələr endiriblər. Bombardmana, əsas etibarilə, “Cebhat ən-Nüsrə” təşkilatının anbarları, atəş nöqtələri və ön müşahidə məntəqələri məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə