Somalinin paytaxtında güclü partlayış olub

Somalinin paytaxtında güclü partlayış olub

Somalinin paytaxtında güclü partlayış baş verib. SİA-nın verdiyi məlumata görə, Moqadişonun yaşayış məhəllələrindən birində partlayıcı qurğu olan avtomobil partlayıb. Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir, lakin dəqiq say qeyd edilmir.

Polis əməkdaşı partlayış zamanı həmin ərazidə humanitar təşkilatın ərzaq yardımı payladığını qeyd edib. Bu səbəbdən xəsarət alanların sayının çox olması istisna olunmur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə