Trampın oğlu ifadə vermək üçün məhkəməyə çağırılıb

Trampın oğlu ifadə vermək üçün məhkəməyə çağırılıb

ABŞ Senatının Kəşfiyyat Komitəsi 2016-cı il seçkilərində Rusiya müdaxiləsi işi ilə bağlı istintaqın bir hissəsi kimi iki dəfə planlaşdırılan sorğudan yayan prezident Donald Trampın oğlunu məhkəməyə çağırıb. Bu barədə "Associated Press" mənbələrə istinadən məlumat verir. SİA RİA"Novosti"yə istinadən xəbər verir ki, vəziyyətlə tanış olan mənbənin verdiyi məlumata görə, bunu Respublikaçı həmkarlarına komitə sədri Riçard Berr açıqlayıb.

Berrin sözlərinə görə, ABŞ prezidentinin oğlu iki dəfə öz istəyi ilə sorguya gəlməyə razılıq verib, lakin sonradan imtina edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə