ABŞ Dövlət katibi Mayk Pompeo, Rusiya prezidenti Vladimir Putin və həmkarı Sergey Lavrovla danışıqlar aparmaq üçün Rusiyaya səfər edib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, Soçidə hava limanında siyasətçinin təyyarəsinin enişini "Ruptly" video agentliyi yayımlayıb.
Dövlət katibinin təyyarəsi təxminən saat 14.00-də hava limanına enib.
Bu gün Pompeo Lavrovla danışıqlar aparacaq, axşam saatlarında hər iki ölkə xarici işlər nazirləri Putinlə görüşəcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB