Pakistanın qərbinəki Kvetta şəhərindəki bazarda partlayış baş verib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 4 polis əməkçaşə həlak olub, daha 9 nəfər yaralanıb. Bu barədə polis baş inspektorunun müavini Abdul Rəzzaq Çima məlumat verib.
Çimanın sözlərinə görə, yaralanan şəxslərdən 2-si polis, 7-si isə mülki vətəndaşdır. Xəsarət görmüş şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.
Hadisə yerinə təhlükəsizlik xidməti əməkdaşları gəlib və ərazi mühasirəyə alınıb. Hal-hazıra kimi partlayışın səbəbləri müəyyən olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB