Rusiya Federasiyasının Böyük Britaniyadakı səfirliyi Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinə nota verib.
SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, notada Londonda dünyasını dəyişmiş “Aeroflot” şirkətinin baş direktorunun keçmiş müavini Nikolay Qluşkovun ölümü ilə bağlı istintaq təfərrüatlarının açıqlanması tələb olunur.
Qeyd edək ki, Qluşkov “Aeroflot”dakı yeyintiyə görə Rusiyada qiyabi olaraq 8 il azadlıqdan məhrum edilmişdi. O, 13 mart 2018-ci ildə gecə ikən Londonda dünyasını dəyişib. İngiltərə tərəfi keçmiş direktor müavininin boğulmadan vəfat etdiyini bildirib. Hətta onun öldürülə bilməsi versiyası da irəli sürülüb.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi Rusiya vətəndaşının ölüm faktı ilə əlaqədar istintaqın gedişatı ilə bağlı bir neçə dəfə qarşı tərəfə sorğu versə də cavab almaq istəyinə nail ola bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB