Əfqanıstanda partlayışlar törədilib

Əfqanıstanda partlayışlar törədilib

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Cəlalabad şəhərində partlayışlar törədilib, azı 3 nəfər ölüb, 20-yə qədər yaralı var. “Reuters”in yaydığı xəbərə görə, əyalət qubernatorunun sözçüsü Ətaullah Xoqyani tərəfindən verilən məlumata görə, şəhərin bazar meydanında baş verən partlayışlardan sonra bir neçə nəfər xəstəxanaya çatdırılıb.

Pakistan sərhədinin yaxınlığında yerləşən Cəlalabadın 2015-ci ildən etibarən İŞİD-in başlıca dayaq mərkəzlərindən biri olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə