Terrorçu ömürlük həbs cəzasına məhkum edilib

Terrorçu ömürlük həbs cəzasına məhkum edilib

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində 2013-cü ilin may ayında törədilən terror hücumunda təqsirli bilinən Yusuf Nazik ömürlük həbs cəzasına məhkum edilib. Bu barədə "NTV" telekanalı məlumat yayıb. SİA RİA "Novosti"yə istinadən bildirilir ki, məhkəmə Naziki 53 dəfəlik ömürlük həbs cəzasına məhkum edib.

Nazik, Türkiyə Milli Kəşfiyyat Təşkilatının ötən ilin sentyabrında Suriyanın Lattakia əyalətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Türkiyəyə gətirilib və Reyhanlıda baş vermiş partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə