ABŞ Dövlət katibi Brüsselə səfər edəcək

ABŞ Dövlət katibi Brüsselə səfər edəcək

ABŞ dövlət katibi Mayk Pompeo 13 mayda Avropa İttifaqı ilə İran mövzusunda danışıqlar aparmaq üçün Brüsselə planlaşdırılmamış səfər gedir. SİA-nın verdiyi xəbərə görə, bu barədə məlumatı Avropa diplomatiyasının rəhbəri Federika Moqerini təsdiqləyib.

"Biz səhər saatlarında dövlət katibi Pompeonun səfər planın dəyişdirildiyinə dair məlumat aldıq, o günün birinci yarısında Brüsselə gələcək", diplomat deyib.

Moqerini hər mövzuda məsləhətləşmələri dəstəklədiklərini vurğulayıb.

Onun sözlərinə görə, Brüsselin mövqeyi dəyişməzdir və nüvə razılaşmasının qorunmasının tərəfdarıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə