Avropa XİN rəhbərləri toplantı keçirir

Avropa XİN rəhbərləri toplantı keçirir

Böyük Britaniya, Fransa, və Almaniya xarici işlər nazirləri bu gün İranla əldə edilən nüvə sazişi ilə bağlı mühüm toplantı keçirirlər. SİA Euronews-a istinadla xəbər verir ki, bu toplantıya üç Avropa dövlətinin XİN rəhbərləri ilə yanaşı Avropa İttifaqı dipliomatiyasının rəhbəri Federika Moqerini də qatılacaq.

Toplantı İranın nüvə sazişinin bəzi bəndlərinin icrasını dayandırmasını və sazişin gələcəyini müzakirə edəcək.

Toplantıdan öncə İlk dəfə olaraq İranın nüvə sazişinin 2 bəndini dayandırmasına münasibət bildirən F. Moqerini bildirib ki, onlar bacardıqları qədər sazişi qorumağa çalışacaqlar.

Bu arada ABŞ dövlət katibi Mayk Pompeonun Moskva səfərini ləğv etdiyi və nüvə sazişi ilə bağlı keçiriləcək sözügedən toplantıya qatılmaq məqsədilə Brüsselə getdiyi bildirilib.

Qeyd edək ki, İran, ABŞ-ın nüvə sazişindən birtərəfli şəkildə çıxması, sanksiyalara başlaması və Avropanın öhdəliklərə əməl edə bilməməsindən sonra, sazişin iki bəndinin icrasını dayandırdığını bildirib və qarşı tərəfə 60 gün möhlət verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə