Mayın 12-də Litvada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Litva Mərkəzi Seçki Komitəsinin ilkin nəticələrinə əsasən, artıq 212 məntəqənin səsləri sayılıb. İqtisadçı və bank mütəxəssisi olan Qitanas Nauseda 15,62 faiz səslə hələ ki, irəlidədir. Onu 14,44 faizlə Litvanın hazırki Baş naziri Saulyus Skvernyalis izləyir. Üçüncü yerdə isə 11,51 faiz səslə keçirilmiş əvvəlki sorğulara əsasən favorit göstərilən sabiq maliyyə naziri İnqrida Şimonite qərarlaşıb. Səslərin sayılması prosesi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB