“Arlinqton” aviadaşıyıcısının Yaxın Şərqə göndərilməsi ilə bağlı Vaşinqtonun qərarını şərh edən İran Hərbi-Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Hüseyn Xanzadi bildirib ki, ABŞ təcili regionu tərk etməlidir.
SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, kontr-admiral deyib: “ABŞ-ın regionda iştirakı sona çatıb və onlar oranı tərk etməlidirlər. Aviadaşıyıcının Fars Körfəzi regionuna göndərilməsi barədə söhbətlər yeni deyil, bununla ABŞ müharibə ehtimalını artırmaq istəyir”.
Qeyd edək ki, bu cür təhdidlər İran tərəfinin nüvə proqramı ilə bağlı “bəzi öhdəliklərin yerinə yetirilməsindən imtina” niyyətindən sonra başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB