Pakistanda otelə hücum olub: 5 nəfər öldürülüb

Pakistanda otelə hücum olub: 5 nəfər öldürülüb

Pakistanın Qvadar şəhərində silahlı şəxslərin "Perl Kontinental Otel"ə hücumu nəticəsində azı 5 nəfər qətlə yetirilib. Məlumata görə, ölənlər arasında təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da var.

Bildirilir ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində bütün müştərilər ərazidən təxliyə edilib. Bundan sonra təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində isə 3 silahlı şəxs zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün baş verən hücumun məsuliyyətini Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə