Kilsəyə hücum zamanı 5 katolik qətlə yetirilib

Kilsəyə hücum zamanı 5 katolik qətlə yetirilib

Burkina-Fasonun Sanmatenqa əyalətindəki Dablo qəsəbəsində silahlı şəxslər katoliklərə aid bir kilsəyə hücum həyata keçirilib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, silahlılar kilsədə bazar günü ənənəvi dini ayinləri həyata keçirən şəxslərə atəş açıblar.

Qeyd edək ki, Burkina-Faso 2015-ci ildən eyibarən bu cür cinayət hadisələri ilə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Əvvəlcə ölkənin şimalında və Sahel bölgəsində baş qaldıran hücumlar daha sonra ölkənin qərbinə və ortalarına doğru genişlənməkdədir.

Son olaraq, aprelin 28-də Burkina-Fasonun şimalındakı Soum əyalətinin Silqadi qəsəbəsində protestantlara aid bir kilsəyə hücum zamanı 5 nəfər qətlə yetirilmişdi.

Son rəsmi məlumatlara görə, son 4 ildə teror hücumları zamanı 400-ə yaxın şəxs həyatını itirib. Ölkənin 13 bölgəsindən 7-sində 2018-ci il yanvarın 1-dən fövqəladə vəziyyət elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə