“Əgər ABŞ konkret güc nümayiş etdirsə, İran ABŞ-a “başından zərbə” vuracaq.
SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri İranın “İslam inqilabı mühafizəkarlar korpusu”nun komandiri Hüseyn Salami deyib.
Qeyd edək ki, bir həftə əvvəl ABŞ prezidentinin milli təhlkəsizlik üzrə məsləhətçisi Con Bolton bəyan edib ki, onun ölkəsi İran sahillərinə “Avraam Linkoln” adlı aviasiya daşıyıcı zərbə və operativ bombardmançı qrupu göndərəcək.
Məsləhətçi fikirlərini bu cür ifadə edib: “Bu, İran rejiminə ciddi siqnal olacaq ki, ABŞ maraqları əleyhinə böyük və kiçikliyindən asılı olmayaraq istənilən hücum amansız güclə qarşılanacaq”.
Qeyd edək ki, bu cür təhdidlər İran tərəfinin nüvə proqramı ilə bağlı “bəzi öhdəliklərin yerinə yetirilməsindən imtina” niyyətindən sonra başlayıb. İran prezidenti Həsən Ruhani bəyan edib ki, Avropa ölkələrinə danışıqlar üçün 60 gün vaxt verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB