Suriyanın Xama əyalətinin şimalındakı Skalbiya şəhərinin minomyot atəşinə məruz qalması nəticəsində 3 uşaq həlak olub.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.
Həmçinin, dövlət televiziyası Skalbiya şəhərindəki atışmada bir qadının da həlak olduğunu bildirib.
Qeyd edək ki, son günlər Xama əyalətinin şimalındakı Hələb və Latakiya şəhərləri tez-tez müxalif qoşunlar tərəfindən atəşə tutulur. Həmçinin, müxalifət qoşunları adı çəkilən şəhərlərdəki hökumət qoşunlarının mövqelərinə hücum etməyə cəhd edirlər.
Hökumət qoşunları və Suriya Hərbi Hava Qüvvələri (HHQ) də son vaxtlar İdlib şəhərində mövqe tutmuş müxalifət qoşunlarının mövqelərinə hava zərbələrinin sayını artırıblar. “Cəbhat ən-Nusra” qruplaşmasının anbarları, atəş mövqeləri və müşahidə nöqtələri də Suriya HHQ-nin bombardmanına məruz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB